Təltif
Fəxri fərman — Lənkəran Şəhər İcra Hakimiyyəti (2017)
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 16 iyun 2017-ci il tarixli sərəncamı ilə Məmmədov Fərid Məqsud oğlu “rayonda səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə və 17 iyun — Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə” Fəxri fərmanla təltif olunub.
Konqres və konfranslar

Asiya üzrə Beyin və Neyroelm Konqresi (ACBN26) — 27–28 iyun 2026, Bakı
Konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi, “OMP Akademiya”nın təşkilatçılığı ilə keçirilib. Beynəlxalq tədbirdə London Universitet Kolleci, Hacettepe, Mərmərə və Erciyes universitetləri, eləcə də Qazaxıstan, Özbəkistan və Qırğızıstanın tibb universitetlərini təmsil edən akademiklər və ekspertlər iştirak ediblər. Konqresdə neyrobiologiya, mərkəzi sinir sisteminin patologiyaları, beyin zədələnmələrinin bərpası və neyroreabilitasiya istiqamətləri üzrə müxtəlif ölkələrin klinik təcrübəsi dinlənilib. Elmi-praktik konqres Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunaraq Davamlı Tibbi Təhsil (DTT) çərçivəsində 12 DTT balı ilə qiymətləndirilib [1].

Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin 1-ci İllik Beynəlxalq Konfransı — 20 dekabr 2025, Bakı
Baş ağrıları üzrə beynəlxalq konfrans Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyi tərəfindən keçirilib; konfransda baş ağrıları sahəsində beynəlxalq nüfuza malik aparıcı mütəxəssislər iştirak ediblər [2].
Konfrans SEM Academy – Society of Elite Medicine-in təşkilati dəstəyi ilə keçirilib. Mənbə: ammib.az

Azərbaycan Psixiatriya və Sinir Elmləri Konqresi — 01–02 noyabr 2025, Radisson Otel, Bakı
Dr. Fərid Məmmədov konqresin iştirakçısı olub və iştirakçı sertifikatı alıb.
Sertifikata görə konqres (AzPSEK-2025) Azərbaycan Psixiatriya Assosiasiyası və Nəfəs Psixi Sağlamlıq Akademiyasının təşkilatçılığı ilə keçirilib və 20 DTT krediti ilə qiymətləndirilib. Mənbə: iştirakçı sertifikatı
Sertifikata baxTəlimlər
“Temperamentləri tanı, tədrisi dəyiş!” — 14 noyabr 2025
Dynamic Youth Center MMC-nin nəzdində fəaliyyət göstərən EdGrowth Center tərəfindən keçirilən təlimdə fəal iştirakına və peşəkar inkişafında göstərdiyi təşəbbüsə görə Məmmədov Fərid Məqsud sertifikatla təltif olunub.
Elmi mənbələr
- İctimai Səhiyyə və İslahatlar Mərkəzi. “Bakıda Asiya üzrə Beyin və Neyroelm Konqresi keçirilib” (30.06.2026): https://isim.az/az/news-view/1625
- Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyi: https://ammib.az/